8 May 2014 14:12
1 948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Aybəniz Haşımova əsəbləşib.

Teleqraf.com xəbər verir ki, sənətçi Şuşanın işğalının ildönümündə şənlik edənləri qınayıb.

O, bu haqda “Facebook” profilində status yazıb:

“Bir nəfər mənə zəng edib ki, Aybəniz xanım, axşam bacımın ad günüdür. Gəlib, heç olmasa bir mahnı oxuyardınız. Mən anlamıram, bunlar bir gün səbrli ola bilmirlər? Halbuki, yaxın dostlarım var, ad günləri təqvimdə 20 Yanvara təsadüf edir. Hətta onların belə, həmin gün doğum günlərini təbrik etmirəm. Deyim ki, özləri bunu məndən ummurlar. Nə isə, Allah bizi unutqanlardan qorusun”.

Aytən Həsənova


Müəllif: