24 Sentyabr 2022 18:25
5 699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada yaşayan müğənni Rəqsanə İsmayılova yutubda yayımlanan "Göz önündə" verilişində şəxsi həyatı haqda etirafı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Rəqsanə İsmayılova ilk dəfə qızı Yağmurun atasından danışıb:

"Yağmur çox köklü nəslin nəvəsidir. Bu haqda heç vaxt açıqlama verməmişəm. Buna da ehtiyac yoxdur. Yağmurun dünyaya gəlməsi, atasının kimliyi, kimlərdəndir və s. heç vaxt danışmamışam. Əvvəl jurnalların birində bu haqda yazı yayımlandı. Jurnal tanınmış bir insanın idi, gecə ilə jurnalların hamısını onun özünə aldırdılar. Elə düşünürdüm ki, övladlarımın hamısı eynidir. Amma bu belə deyil. Övladlarımızın hamısının öz yeri var. Bu gün mənim dörd övladım var, üç qızım, bir oğlum".

İfaçı ilk nikahından da danışıb: "Üç kiloluq balonlar satmışam, ev təmizləmişəm. Aysunun atası qarmon çalan olub. Amma ailəyə, uşağa baxan adam deyildi. Dörd il əzab-əziyyətə, yoxsulluğa dözdüm. İçki içib evdə dava salırdı. Balon və yorğanları satıb evə baxırdım. Keçmişi unutmuram. Moskvaya getdik, dərman içdim, özümü öldürmək istədim".

Qeyd edək ki, Rəqsanə İsmayılova iş adamı Fazil Əmiraslanov ilə evlidir. Onun bu nikahından iki övladı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər