Bu günlərdə müğənni Manaf Ağayevin artıq çəki atmasını göstərən fotosu yayımlanıb və bu, çoxlarınının təəccübünə səbəb olub.
Manaf Ağayev Teleqraf.com-a bu barədə açıqlama verib.
O, sağlam yolla arıqladığını deyib: "Hazırda Rusiyadayam, iki günə Bakıya qayıdacağam. Bir aydır pəhrizədəyəm. Əvvəllər xaş, xəngəli çox yeyirdim. Ümumiyyətlə, un məmulatları qidamda üstünlük təşkil edirdi. Məsləhət gördülər ki, bir az arıqlayım, səhnədən pis görünürəm. İndi isə deyirlər ki, sənə arıqlamaq yaraşmır, kökəl... Artıq üç-dörd gündür ki, yemək yeməyə və kökəlməyə başlamışam.
Dediyim kimi, sadəcə istədim ki, bir az arıqlayım, heç bir xəstəlikdən söhbət gedə bilməz. Səhhətimdə problem yoxdur".
Müğənni ona qarşı təzadlı münasibətdən də gileylənib: "Kök olanda deyirlər ki, kökəlmisən, yaraşmır, arıq olanda da eyni yanaşma tərzi... Bilmirəm nə edim?! Son zamanlar çox kökəlmişdim, pencəklərim gəlmirdi. Özümə söz verdim ki, bir ay pəhriz saxlayım, görüm nə göstərir.
Təbii ki, hər zaman pəhriz saxlaya bilməyəcəm. Yaxında toy mərasimləri başlayacaq. Gecədən səhərə qədər orada-burada, bir gün Rusiyada, bir gün regionlarda olursan".
Manaf Ağayev bildirib ki, az çəkidə özünü çox yüngül hiss edir: "Hamıya arzu edirəm ki, əgər dözə bilirlərsə, arıqlasınlar. Təbii ki, mən də dözə bilmirəm, artıq nəsə yemək istəyirəm. Dietoloq vasitəsiylə arıqlamıram, Yessentukidə sanatoriyada idim. Orada məsləhət etdilər, bir ay ərzində 10 kilo çəki atdım. Əvvəl 110 kilo idim, indi 100 kilo olmuşam. İdman da edirəm. Bir həftə yemək yemədim, ancaq su içdim".
Müğənni Rusiyaya toy mərasimi üçün getmədiyini deyib: "Toy mərasiminə deyil, dostlarımın yanına gəlmişəm. Sentyabrın 29-da Bakıda olacağam".