30 Sentyabr 2022 06:55
1 784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Rəhim Rəhimli dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, bu haqda sosial şəbəkədə prodüser Tarix (Tolik) Əliyev məlumat verib.

"Nə deyim bilmirəm, Allah sənə rəhmət etsin, Rəhim".

İfaçının ürəktutmadan dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Rəhim Rəhimli 1979-cu ilin 7 iyun tarixində Ağdamda anadan olub.


Müəllif: Rəqsanə Həsənova