2 Oktyabr 2022 15:43
1 367
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Röya Ayxan dünyasını dəyişən həmkarı Rəhim Rəhimlinin məzarını ziyarət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə sənətçi instaqram hesabında məlumat paylaşıb.

Röya müğənninin dəfn edildiyi Bülbülə qəbiristanlığına gedərək, onun məzarı üstə əklil qoyub.

“Səninlə tək vidalaşmaq istədim…Kimsəyə ziyanın dəymədi… Özündən başqa. Çox heyif”, - deyə vurğulayıb.

Xalq artisti Rəhim Rəhimlinin ətrafındakı insanları də tənqid edib: "Ən çox onu qoruya bilməyən bir addım yaxınında olanlara sözümü desəm yerinə düşər. Adam olsaydınız, o, çox yaşayardı. Sizi də bu gözləyir, bilin!".

Qeyd edək ki, Rəhim Rəhimli sentyabrın 20-də gecə saatlarında ürək tutmasından vəfat edib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər