Xərçəngdən dünyasını dəyişən əməkdar artist Xanım Qafarovanın qızı Gövhər Qafarova "ATV Səhər"in qonağı olub.
Teleqraf.com xəbər verir ki, o, anası haqqında danışıb: “Anam öz anasını çox sevirdi. Ona görə nənəmin adını mənə qoymuşdu, gələcəkdə mən də anamın adını yaşadacam".
Sənətçinin qızı anasının xəstəliyini ondan gizlətdiyini deyib: "Mənə deyirdi ki, mən ölməyəcəyəm? Düşünürdüm, niyə bu sualı verir. Deyirdim ki, yox, ana, niyə ölürsən ki? O da cavabında qayıdırdı ki, məni heç vaxt unutmazsan. Deyirdim, səni niyə unudum, hara gedirsən ki... O, hər hər şeyi gizlədirdi, amma ağrılarını görürdüm.
Hərdən internetdə qarşıma videoları çıxır. Onda ürəyimdə boşluq hiss edirəm, ürəyim sızlayır. Onu görüb səsini eşitmək üçün videolarına baxıram. Hər axşam mahnılarına qulaq asıram. Şəkili ilə danışıb ağlayıram, dərdimi, sevincimi bölüşürəm. O mənim üçün ölməyib..."
Qeyd edək ki, Xanım Qafarova 2014-cü ildə süd vəzisi xərçəngindən vəfat edib.