7 Oktyabr 2022 16:03
1 101
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Röya Ayxan yeni mövsümdə üçüncü klipini təqdim edib.

Teleqraf.com xəbər verir ki, sənətçinin ekranlaşdırdığı mahnı “Yuxu dərmanımdır” adlanır.

Bəstənin sözləri Həsən Babayevə, musiqisi Fərid Kərimliyə məxsusdur. Yeni klipin rejissoru Cəlal Kəngərli, prodüseri isə Kənan Bayramovdur.

Röya Ayxanın staylinqi üzərində tanınmış stilist Elnur Həsənov çalışıb, makiyajı Türkiyədə populyar simalarla əməkdaşlıq edən Kamran Cabbarov edib.

Mahnı sənətçiyə məxsus bütün musiqi platformalarında dinləyicilərin ixtiyarına verilib.


Müəllif: Teleqraf.com