11 Oktyabr 2022 15:00
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə fəaliyyət göstərən aktrisa Məlahət Abbasova anasıyla işğaldan azad olmuş Cəbrayıla gedib.

Teleqraf.com xəbər verir ki, aktrisa ATV-də yayımlanan "Biz qayıdırıq" verilişində qonaq olub.

O, görüntüləri İnstaqramda paylaşıb: "İlk dəfə gəlmişəm, o qədər duyğuluyam ki...Burada anadan olmuşam, məktəbə getmişəm. Zəfər xəbərini eşitdiyim gün keçirdiyim hissləri yaşadım. Oturduğum yer anamgilin dağılmış evinin qapısıdır. Uşaqlıq xəyallarım, arzularımın kəndi... Nağıl dünyamın yıxılmış, dağılmış, viran qalmış bir kəndi ilə qarşılaşdım. Yenə də bu günümüzə şükür. 30 il işğal altında qalan torpaqlarımıza qovuşduq. Cəbrayılı görmək ən böyük arzum idi".


Müəllif: Rəqsanə Həsənova