Müğənni Mina Hüseyn həyat yoldaşı, iş adamı Sərxan Həsənovdan boşanması haqda yayılan xəbərlərə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Mina Hüseyn İnstaqramda şəbəkə izləyicisinin həyat yoldaşından boşanması haqda suala cavab verib.
"Bu məlumat hardandır? Boşansam, niyə paylaşım edim? Əvvəl dedilər ki, hamilədir, sonra türk vətəndaşı ilə evlidir. İndi də boşandım... Bəsdirin, ayıbdır. Gedin öz həyatınızla maraqlanın", - o qeyd edib.
İfaçı saytımıza açıqlamasında isə şəxsi həyatı haqqında danışmayağını bildirib.
Qeyd edək ki, Mina Hüseynin həyat yoldaşından boşanması haqda xəbəri Olay.az saytı yayıb.