Tanınmış caz ifaçısı, Xalq artisti Əzizə Mustafazadə Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edib.
Teleqraf.com xəbər verir ki, Əzizə Mustafazadə konsert proqramından sonra əməkdar artist Bəhram Bağırzadənin suallarını cavablandırıb.
Caz ifaçısı "Yeni Bakı sizin üçün necədir?" sualını belə cavablandırıb: "Düzünü desəm, yeni Bakını hələ gəzə bilməmişəm. Çünki konsertə görə vaxtım yox idi. Konsert olanda bütün diqqət proqramının üzərinə yüklənir. Bir-iki gün boş vaxtım olacaq. İçərişəhəri doyunca gəzəcəm. Bakı mənim doğma şəhərimdir".
Əzizə Mustafazadə "Tamaşaçılar dəyişibmi" sualına cavabında "Xeyr, tamaşaçılar möhtəşəmdir", - deyib.
Qeyd edək ki, Əzizə Mustafazadə konsertə məşhur əsərlərini ifa edib. Caz ifaçısını oğlu Ramizxan da müşayiət edib.