11 Noyabr 2022 22:43
1 148
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meyxanaçı Ələkbər Yasamallı (Quliyev) Almaniyada xəstəxanaya yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə meyxanaçının anası Bacıqız "Baku TV"yə açıqlamasında deyib: “Mən bunu heç vaxt Rəşaddan gözləməzdim. Düşmənin də balasını elə vəziyyətə salmazlar. Bizə çox pis təsir etdi. Ələkbərə də kimsə deyib, çox pis vəziyyətdədir. Almaniyada xəstəxanaya aparıblar, vəziyyəti pisdir. Heç öz övladımla danışa bilmirəm. Yenə deyirəm ki, kimdən gözləsək də, Rəşaddan bunu gözləməzdik. O, hamımız üçün əziz olub”.

Qeyd edək ki, Rəşad Dağlı qonşusu İsgəndər Mehdiyevi 14 bıçaq zərbəsi ilə qətlə yetirib. İsgəndər Mehdiyev Ələkbər Yasamallının bibisi oğludur. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Rəşad Dağlı haqqında 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər