Türkiyəli məşhur aktrisa Hande Erçel Bəbəkdə görüntülənib.
Teleqraf.com xəbər verir ki, Hande Erçel hazırda vaxtını ailəsiylə keçirdiyini deyib:
"Ailəmlə vaxt keçirirəm. Amma düzünü deyim ki, işləmək üçün darıxdım".
Aktrisa keçmiş sevgilisi, aktyor Kərəm Bürsinlə yenidən barışması haqda suala "Həyatımda heç kim yoxdur. Şəxsi həyatımda olsa deyərəm, bilirsiniz", - deyə cavab verib.
Aktrisa ötən gün 3,5 milyon lirəyə aldığı avtomobilini də nümayiş etdirib.