15 Noyabr 2022 15:57
1 331
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Xatirə İslam plastik-cərrah Siruz Qoçxaniyə müraciət edib.

Teleqraf.com xəbər verir ki, Xatirə İslam İnstaqramda xəstəxanadan foto paylaşaraq "Arzuladığımdan daha gözəl oldu", - deyə qeyd edib.

Müğənninin hansı məqsədlə plastik əməliyyat etdirdiyi məlum deyil. İfaçının özü ilə əlaqə saxlamaq istəsək də telefon zənglərinə cavab vermədi.

Xatirə İslamın prodüseri isə bildirdi ki, hələlik bu haqda məlumat vermək istəmirlər.

Qeyd edək ki, Xatirə İslam bir müddət əvvəl də Siruz Qoçxaniyə müraciət edərək liposaksiya üsulu ilə artıq piylərindən azad olub. Onun qarın nahiyəsindən 3 litrə yaxın piy çıxarılıb.


Müəllif: Rəqsanə Həsənova