15 Noyabr 2022 15:41
1 302
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Buna da şükür, hələ ki, xəstəxanadayam. Bu gün mənə qan köçürələcək. İnşallah görək necə olacam" .

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Onkologiya Mərkəzinə yerləşdirilən əməkdar artist Tünzalə Əliyeva səhhətindən danışarkən deyib.

O, aparıcı Zaur Baxşəliyevin maddi dəstək olduğunu açıqlayıb: "Dəmanımın ikisini şəxsi cibindən pul qoyaraq alıb. Bahalı dərman idi, özüm də şoka düşdüm. Özü bir dərman alacağını demişdi, amma iki dərman göndərdi".

Aktrisa "Sizə sənət dostlarınızdan, müğənnilərdən kimlər dəstək olur?" sualına "Allah hamının canını sağ eləsin. Allah işləri rast gətirsin. Mənə dəstək olmaqları vacib deyil, əsas odur ki, dua etsinlər. Onsuz da maddi cəhətdən heç kimdən heç nə istəməmişəm. Allah hamıdan razı olsun. Hələ ki, yanıma gələn olmayıb. Düzü xəstəxanaya da gün ərzində bircə nəfərə icazə verilir. Mikroba görə həkimlər ehtiyat edirlər".

Qeyd edək ki, Tünzalə Əliyevanın başında bədxassəli şiş aşkarlanıb. Aktrisa iki gün öncə mədə qanaxmasıyla Milli Onkologiya Mərkəzinə yerləşdirilib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər