29 Noyabr 2022 16:21
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur komediya aktyoru Cem Yılmazdan keçmiş həyat yoldaşı Ahu Yağtu apellyasiya məhkəməsinə şikayət edib.

Teleqraf.com xəbər verir ki, buna səbəb aktyorun Ahu Yağtuya 10 min dollarlıq aliment ödəmək istəməməsi olub.

Cem Yılmaz bir müddət əvvəl pandemiya ilə bağlı alimentin azaldılması üçün məhkəməyə müraciət edərək 10 min dollarlıq alimentin 40 min türk lirəsinə endirilməsini istəyib. Məhkəmə isə Cem Yılmazın tələbini qismən qəbul edib və aliment üçün 70 min türk lirəsi ödəməyə razılaşıb.

Məhkəmənin qərarından narazı qalan Ahu Yağtunun vəkili apellyasiya məhkəməsinə müraciət edib. Apellyasiya məhkəməsi vəsatətdə göstərilən səbəbləri əsaslı hesab edərək qərarı ləğv edib. Cem Yılmaz 10 min dollar aliment ödəməyə davam edəcək.

Qeyd edək ki, eks-cütlüyün 9 yaşında Kemal adlı oğlu var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər