“İllər keçdikcə dəyişdim, böyüdüm və püxtələşdim. Azadlığı dərk, özümü kəşf etdiyim, baxışlarımı dəyişdiyim bir dövrdəyəm”.
Teleqraf.xom xəbər verir ki, bu sözləri aktyor Alp Navruzdan ayrıldıqdan sonra Murat Bozla yeni eşq macərasına başlayan məşhur aktrisa Ayça Ayşin Turan “Elele” dərgisinə müsahibəsində deyib.
Aktrisa işgüzar qadın olduğunu, bu yola çıxdığında qarşılaşa biləcəyi çətinlikləri gözə aldığını söyləyib: “Amma çoxlu ambisiya və eqolarla qarşılaşmışam desəm, yalan olar. Arzusunda olduğum bu yolda irəliləyərkən populyarlıq səbəbindən özümü yaşaya biləcəyim şeylərə hazırladım”.
“Mən özümü ailəmə, işimə və sevdiklərimə həsr edirəm. Sevgi mənim üçün belə bir anlayışdır”, - deyə bildirib.
“Alış-veriş etməyi sevirəm, xüsusilə texnoloji cihazları...Geyimə gəldikdə isə daha sadə olmağa üstünlük verirəm. İnanıram ki, cins şalvar və köynəklə də şarmlı görünüşə sahib olmaq olar”.
“Mənim də “yıxıldığım” vaxtlar olub, amma yol uzundur və hələ qət etməli çox şeylər var”.
“İşinizin ən gözəl tərəfi iz buraxmaqdır. Bunun bir çox nümunəsi var. Biz hələ də Kemal Sunal filmlərinə baxıb, gülümsəyirik”.
“Mən o insanlardan biriyəm ki, öz təcrübəmi avantaja çevirərək, izdiham içində də tək qalmağı bacarıram”.
“Həyata ümidlə baxıram, empatiya qurmağa və pozitiv olmağa çalışıram”.
“Mən həmişə eşitmişəm ki, “Qadın 30 yaşı tamam olanda dəyişir və hər şeyi daha aydın görür”. Bu, həqiqətən də belədir. Özümü yenidən doğulmuş kimi hiss edirəm”.