Türkiyənin məşhur aktrisası Fəxriyyə Evcen və həyat yoldaşı, aktyor Burak Özçivit Etilerdə obyektivlərə tuş gəliblər.
Teleqraf.com xəbər verir ki, ikinci dəfə ana olmağa hazırlaşan Fəxriyyə Evcen hamiləliyinin yaxşı keçdiyini deyib.
"Ana olmağıma çox az qaldı. Hamiləliyim yaxşı keçir. Ad məsələsində isə hələ qərar verməmişik", - o bildirib.
Burak Özçivitin Fəxiyyə Evcenə doğum günündə bağışladığı 10 milyon lirə dəyərindəki "Jeep"in seriya nömrəsinin aktrisanın ad və soyadını əks etdirən "FE" olması gözdən qaçmayıb.