Xalq artisti Faiq Ağayev ötən gün özünü Koroğlu körpüsündən atmaq istəyən qadını intihara səsləyənləri tənqid edib.
Teleqraf.com xəbər verir ki, ifaçı "Facebook" sosial şəbəkədəsində bu barədə fikirlərini bölüşüb. Xalq artisti həmin şəxslərin insanlıqdan uzaq olduqlarını bildirib:
“Tüpürüm sizin insanlığınıza!!! Adam təngə gəlib, intihar etmək fikrindədir. Aşağıdakı “tamaşaçılar” isə ona “Tullan!” qışqırırlar...
Vəhşi heyvanlarda belə mərhəmət var. Bunlar isə... Allah kökünüzü kəssin”.
Qeyd edək ki, ötən gün daha bir qadın "Koroğlu" körpüsünə çıxaraq intihar etmək istəyirmiş.
Rüstəm