24 Yanvar 2023 10:56
3 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azad Azərbaycan televiziyasında yayımlanan "7 Canlı" verilişinin yayımı yarımçıq dayandırılıb.

Teleqraf.com xəbər verir ki, "7 Canlı" verilişində müğənnilər Şəbnəm Tovuzlu, Ceyhun Sazmen və Tərlan Novxanı olub.

Veriliş Tərlan Novxanının ifasından sonra yarımçıq kəsilib.

Müğənni Şəbnəm Tovuzlu sosial şəbəkədə yaşanan problemlə bağlı "Veriliş texniki səbəbdən kəsildi", - deyə açıqlama verib.

Qeyd edək ki, "7 Canlı" verilişinin aparıcısı Vüsalə Əlizadədir.


Müəllif: Rəqsanə Həsənova