7 Fevral 2023 14:25
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur aktrisası Melisa Aslı Pamukun zəlzələdə nəticəsidə dağıntılar altında qalan ailə üzvləri xilas edilib.

Teleqraf.com xəbər verir ki, Melisa Aslı Pamuk nənəsi və xalasının sağ olduğunu deyib.

"Nənəm də, xalam da xilas olunublar. Çox şükür. Allah ölkəmizə kömək olsun", - o bildirib.

Qeyd edək ki, aktrisa sosial şəbəkədə ailə üzvlərinin yaşadığı ünvanı yazaraq nənəsinin hərəkət edə bilmədiyini və xalasıyla birlikdə dağıntılar altında qaldığını bildirmişdi.


Müəllif: Rəqsanə Həsənova