Azərbaycanın Xalq artisti İlqar Muradovun fevralın 12-də Heydər Əliyev Sarayında keçirilməsi nəzərdə tutulan yaradıcılıq gecəsi təxirə salınıb.
Teleqraf.com-un xəbərinə görə, bu barədə sənətçinin özü məlumat verib.
Yardıclıq gecəsi Türkiyədə baş vermiş güclü zəlzələ səbəbindən təxirə düşüb.
Fevralın 6-da 7,7 bal gücündə zəlzələdən sonra Türkiydə bir həftəlik matəm elan olunub.
İlqar Mudadovun yaradıclıq gecəsi fevralın 17-si saat 19:30-a təyin edilib.