13 Fevral 2023 13:55
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Zəlzələdən Türkiyədəki evimi satmaq qərarına gəldim".

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı müğənni Maşa Rasputina NTV-də yayımlanan “Ulduzlar bir araya gəldi” verilişində Türkiyədə istirahətdə olarkən zəlzələ ilə necə qarşılaşdığını xatırlayarkən deyib.

O bildirib ki, hadisə Rasputina və Viktor Zaxarovaların qızı Mariya hələ kiçik olanda baş verib.

"Zəlzələ olanda biz çimərlikdə idik. Mən şezlonqa uzanan kimi qalxmağa məcbur oldum. Sanki bir dalğa gəldi. İki addım atdım və yenidən baş verdi. Qorxumdan suya qaçdım və ərimə qışqırdım: “Bura gəl!”.

Rasputinanın sözlərinə görə, o zaman dənizdə zəlzələyə dözməyin daha təhlükəsiz olacağını düşünürdü.

"Mən bu zərbələri hiss etdim. Sonra hamını çimərliyi tərk etmək üçün səslədilər. Və birdən hər şey bitdi. Onda yoldaşıma dedim ki, evi sat!".

Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqində yerləşən Kahramanmaraş vilayətində 7,7 maqnitudalı zəlzələ baş verib. Güclü yeraltı təkanlar və ondan sonra baş verən afterşoklar ölkənin 10 əyalətində, o cümlədən Suriya da daxil olmaqla qonşu dövlətlərdə hiss olunub.

Türkiyənin 10 vilayətində 3 ay müddətinə fövqəladə vəziyyət elan edilib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər