Müğənni Nura Suri Türkiyədə Star TV-də yayımlanan "Yalı çapkını" serialını tənqid edib.
Teleqraf.com xəbər verir ki, Nura Suri sosial şəbəkədə bu sözləri yazıb: “Yalı çapkını” serialını o qədər təriflədilər, düşündüm ki, mən də baxım, bəlkə dedikləri kimidir.
Heç bir xarici filmdə, serialda indiyə qədər belə tərbiyəsizlik, mənəviyyatsızlıq, qeyrətsizlik görməmişəm. Bu serialı bu qədər bəyənməklərini də anlamadım. Niyə belə bir serialın çəkildiyini də. Danışılası deyil, nəinki baxılası”.
Qeyd edək ki, "Yalı çapkını" serialında baş rolları aktrisa Afra Saraçoğlu, Mert Ramazan Demir və Çetin Tekindor oynayır.