Müğənni Səidə Sultan Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Yaxın günlərdə "Calm Down" mahnısının sözlərini dəyişərək Azərbaycan dilində ifa etdiniz. Sizi plagiatçılıqda günahlandırdılar və tənqid etdilər. Bu haqda nə deyə bilərsiniz?
- Mahnı çox geniş yayıldı. Tənqidin olması normal haldır və olmalıdır. Tənqidi fikir olmayanda maraqsız olur.
- Səidə xanım, şəxsi həyatınızda kimsə varmı?
- Xeyr. Şəxsi həyatımda kimsə olmayanda daha rahat oluram. Belə daha yaxşıdır, işləyə bilirsən. Sevəndə işləyə bilmirəm. Sevgiyə başım qarışır.
- Hər zaman eyni çəkidə qalırsınız. Bunun sirri nədir?
- İnanın ki, formada qalmağımın hər hansı sirri yoxdur. Hamı kimi yeyib-içib, yatıram. Arada kökəlir və arıqlayıram.
- "W-Trio"nun keçmiş üzvləri xalq artisti Röya Ayxan və Natavan Həbibi ilə qalmaqal yaşadınız. Hazırda həmkarlarınızla münasibətiniz necədir?
- Çox rahatam, kimisə incitməmişəm, qəlbinə dəyməmişəm. Vicdanım rahatdır və heç kəslə qərəzim yoxdur. Əksinə, sağlam rəqabət istəyirəm. Röya Ayxan düşmənim deyil. Biz hamımız doğmayıq. Bir-birimizdən incisək və küssək də ətimizi çölə atmırıq. Röya da, Natavan da mənə doğmadır.
- Nə zamansa Röya Ayxan və Natavan Həbibi ilə duet oxuya bilərsinizmi?
- Onlar tərəfindən təklif olsa niyə də yox.