14 Mart 2023 00:08
4 155
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Manaf Ağayev oğlu Müşviq Ağayevin yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmasına münasibət bildirib.

Manaf Ağayev Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:

"Oğlum sükan arxasında içkili vəziyyətdə olub. Qanun qarşısında hamı bərabərdir".

Qeyd edək ki, Manaf Ağayevin oğlu Müşviq Ağayev idarəetməsində olan retro avtomobillə Bayraq Meydanının yaxınlığında yol patrul xidmətinin əməkdaşları tərəfindən ağır dərəcəli sərxoş vəziyyətdə saxlanılıb. Onun barəsində 5 sutkalıq həbs-qətimkan tədbiri seçilib.


Müəllif: Teleqraf.com