Türkiyənin tanınmış müğənnisi Sibel Can uzun müddət fasilədən sonra yenidən ekranlara geri dönür.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı ən son 2007-ci ildə “Ah İstanbul” serialında rol alıb. O, yeni ildə “Gold Film”in istehsalı olan serialda baş rolda çəkiləcək.
Ailə dramından bəhs edəcək ekran işinin ssenarisi üzərində düzəlişlərin davam etdiyini söyləyən S.Can çəkiliş meydançasına qayıdacağı üçün çox həyəcanlı olduğunu bildirib:
“Uzun fasilədən sonra yenidən ekranlara qayıdıram. Çox həyəcanlıyam. Serialın necə olacağı mənim üçün də maraqlıdır”.
Rüstəm