Rihannanın pərəstişkarı müğənninin evinin yaxınlığında polis tərəfindən saxlanılıb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, həmin şəxs iddia edir ki, o, ifaçının evinə ona evlilik təklifi etmək üçün gəlib.
Polislə danışdıqdan sonra Rihannanın fanatı heç bir qanunu pozmadığı üçün sərbəst buraxılıb.
Qeyd edək ki, Rihanna oxşar hadisə ilə 2018-ci ildə də üzləşmişdi. Eduardo Leon adlı şəxs sənətçinin evinə girərək, təxminən bir gün orada qalıb. Rihanna həmin vaxt malikanədə olmayıb.
Daha sonra şəxs həbs edilib və bildirib ki, müğənninin evinə onunla cinsi əlaqədə olmaq üçün gəlib.