Bir müddət əvvəl yol-nəqliyyat hadisəsindəı xəsarət alan rəqqasə Fatimə Fətəliyevanın köməkçisi Aytac Bayramzadənin səhhəti yaxşılaşıb.
Aytac Bayramzadə Teleqraf.com-a açıqlamasında xəstəxanadan evə buraxıldığını deyib:
"Xəstəxanadan dünən çıxdım. Müalicəm ev şəraitində davam edir. Ölümün kandarından döndüm. Səhhətim yaxşılığa doğru gedir. Bir az qulaqlarım və başımda tikişin yeri ağrıyır. Əlimin zədələri də qalıb".
Qeyd edək ki, 1991-ci il təvəllüdlü Bayramzadə Aytac Xalis qızı “Kratos” restoranından çıxanda əks tərəfə keçmək istəyərkən onu minik avtomobili vurmuşdu.