Türkiyəli aktyor, “Aşk-ı Memnu” serialında Süleyman Efendi obrazını canlandıran aktyor Rana Cabbar dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, 78 yaşında vəfat edən aktyor bir müddətdir xəstəxanada müalicə olunurdu.
Qeyd edək ki, sənətçi “Akrebin Yolculuğu", "72. Koğuş", "Kabadayı" kimi bir çox filmlərdə rol alıb.