1 May 2023 13:07
1 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bir gün həyatımdan film çəkilsə, qəmgin heç nə olmayacaq. Film komediya janrında olmalıdır. Bununla bağlı arzularım var. Nə olsun ki, lirik janrda mahnı oxuyuram, bütün günü gülən adamam”.

Teleqraf. com xəbər verir ki, bu sözləri xalq artisti Röya Ayxan “Söz Baz” verilişində deyib:

“Milyonların sevimlisi olmaq çox böyük məsuliyyətdir və bu məsuliyyəti layiqincə daşıya bilirəm. Onu hər kəsə göstərə bilirəm. Çox sevinirəm ki, 25 ildə düzgün qala bilmişəm. Məni heç bir əziyyət, qorxu, yalan, riya öz yolumdan döndərə bilməyib. Komplekslərim yoxdu, özüm üçün rahat yaşayıram”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər