12 May 2023 13:16
1 354
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Kazımova "Dəyməzmiş" adlı yeni mahnısını təqdim edib.

Teleqraf.com xəbər verir ki, pop diva bu dəfə də son hiti "Qorxuram"ı hazırlayan komanda ilə çalışıb.

Bəstənin söz və musiqisi Zamiq Əliyevə məxsusdur. Kazımova mahnı üçün ağ-qara tərzdə video çarx da hazırladıb.

Videonu gürcü videoqraf Caba Axoişvili lentə alıb.


Müəllif: Teleqraf.com