Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə Akademik Milli Dram Teatrının bədii rəhbəri təyin edilməsindən danışıb.
Mehriban Ələkbərzadə Teleqraf.com-a açıqlamasında təəssüratlarını bölüşüb:
"Bu, o qədər də gözlənilməz deyildi. Təxminən müəyyən edirdik. Söhbət 27 il işlədiyim teatrdan gedir. Ona görə də hər şey ədalətli və qanunidir".
Əməkdar incəsənət xadimi "Teatrda hər hansı dəyişiklik edəcəksinizmi" sualına "Əlbəttə, olacaq", - deyə cavab verib.