18 May 2023 18:06
1 301
12 Punto 14 Punto 16 Punto 18 Punto

"2022-ci ilin dekabın 5-dən axtarışdasan. Sən 83 yaşımda da mənim adımla gündəmdəsən. Mənə sənin kimi cılız adamlarla gündəm lazım olsaydı, səninlə yox, sürüsündən ayrıldığın, böyüyünün arzuladığı o "polemika"ya qol qoyardım ya da bu qərar çıxanda sənə sənin gərəkdiyin şərəfi verərdim".

Teleqraf.com xəbər verir ki, bu sözləri xalq artisti Flora Kərimova İnstaqramda jurnalist Ülviyyə Alovlu haqqında məhkəməsi barədə yazıb:

"Üzəduranlıq, işverənlik, həyasızlıq, vulqarlıq, yalan sənət olan yerdə qanundan başqa çıxış yolu qalmır, çünki sənin kimi söyüş vərdişim yoxdur. Noyabır ayından, 6 aydır polis səni məhkəməylə (məcburi) guya “tapıb gətirməyi bacarmır”. Həmişəki kimi deyəcəksən ki, mən gizlənməmişəm. Bu başqa bir mövzudur və yeri gəlmişkən buna ayrı səhifə ayıracağam, əmin ol. Sən guya faktlarla arxalanan ciddi “jurnalist”sən, yoxsa böyük mətbuat katibi olmusan? Artıq bilirsən, iyun ayın 7-si təkrar məhkəməndir! Sənə lazım olan qərarları paylaşaram. Məhkumluq layiq olduğun qədərindir. Məndən qaçacağın yer ancaq bir yerdir! Sənin qorxduğun yer..."

Qeyd edək ki, Xalq artisti Flora Kərimova Ülviyyə Muradovadan xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. Onun şikayəti əsaslı hesab olunaraq jurnalist barəsində Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət təqibi başlanılıb.

Xatırladaq ki, tərəflər arasında qalmaqala səbəb Ülviyyə Alovlunun Flora Kərimova barəsində sosial şəbəkələrdə səsləndirdiyi fikirlər olub.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər