23 May 2023 18:21
1 189
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Zeynəb Xanlarova Mədəniyyət Nazirliyinin "Mədəniyyət sizinlə tanınır!" adlı layihəsində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Zeynəb Xanlarova bu sözləri deyib:

"Həmişə anamı çox sevmişəm. Anama olan sevgi sənətimə də var. Onun qiymətini anam qədər bilirəm. Mənə heç kim deməyib get, oxu! Özümün bu sənətə həvəsim olub. Atam çox istəyərdi ki, mən oxuyum. Bu sənət uşaq kimidir. Onu buraxdınsa, qiyməti olmayacaq.

Xalqın sevgisini qazanmaq üçün xalqa hörmət etməlisən. Hörmət də nədir? Kiçik səsinlə də olsa, oxu. Hərdən bir su da iç, oxu, eybi yoxdur. Ancaq özün ol, mikrafon yox! Hanı Şövkətlər, Saralar, Rübabələr? Onlar “mikrofon oxuyan”ları olmayıb.

Məni səhnədən dartıb çıxarmayınca yorulmuram. Səhnəyə çıxanda mənə dünyanı verirlər. Səhnə mənim suyumdur, havamdır. Çörək yeməyə, su içməyə bilərəm, ancaq musiqisiz yaşaya bilmərəm. Mən Zeynəbəm xalqım üçün! Sizi, xalqımı sevirəm! Mən Vətənsiz, xalqsız yaşaya bilmərəm!”


Müəllif: Rəqsanə Həsənova