7 İyun 2023 17:37
1 388
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Yazıçılar Birliyinin maliyyəyə çox böyük ehtiyacı var və həmişə də olub. Biz istərdik ki, kitablar nəşr edək, yazıçılara dəstə olaq. Düzdür, yazıçılara kömək edirik, hər il onlara xüsusi təqaüdlər veririk. Buna baxmayaraq nə qədər çox olsa o qədər yaxşıdır. Hazırda üç minə yaxın yazıçı var. Onların çoxunun probemi var, kimisə xəstədir, kimisinin ailədə problemləri var. Təbii ki, bunun hamısına Yazıçılar Birliyinə kömək etməyə çalışır”.

Teleqraf.com xəbər verir ki, bu sözləri xalq yazıçısı Çingiz Abdullayev Söz.az-da deyib.

O, “Azərbaycan Yazıçılar Birliyinin sədri Anardan sonra sədr kimi görüsünüz” suallına “Bu haqda fikirləşmirəm, 35 ildir ki, Anarla bir yerdə işləyirəm. Seçki olan zaman da dedim ki, səsimi Anara verirəm. Allah eləsin ki, ömrü uzun olsun”, - deyə cavab verib.

Xalq yazıçısı onu tənqid edənlərdən də danışıb: “Mənə bir nəfər deyir ki, xalqın 99 faizi səni çox sevir, bir faizi nifrətlə yanaşır. Sual verirəm ki, nəyə görə, cavab verir ki, sən heç vaxt höküməti söymədiyinə görə. Dedim ki, axı, höküməti niyə söyməliyəm? Əgər razı olmasaydım, deyərdim. Bir dəfə Türkiyədə gördüm ki, uşaq ağlayır, ona su verdim. Haqqımda nələr yazdılar. Biri yazıb ki, sən belə varlısan, su paylayırsan, mənə ev tik. O biri yazır ki, sən kimsən, su verirsən. Camaat məni küçədə görüb üzr istəyərdi k, Çingiz müəllim bağışlayın, bizdə belə axmaq adamlar var. Yaxud biri danışır ki, ömründə bir cümlə Azərbaycan dilində danışa bilmir. Bəs, mən 35 ildir necə işləyirəm? Düzdür, bakılı ləhcəsi ilə danışıram”.

Çingiz Abdullayev onu da deyib ki, cəmiyyətdə çox şeyi qəbul edə bilmir: “Pul hər şeydən üstün olub. Biz başqa cəmiyyətdə yaşayırdıq. Başa düşürdük ki, vicdan, əxlaq nədir. İndi hamı deyir ki, əsas puldur. Pulun oldu uğurlu, pulun olmadı uğursuzsan. Mən bunu qəbul edə bilmirəm. Axır vaxtlar xalq da, cəmiyyət də dəyişir. Kapitalizmə keçmişik. Mən heç vaxt kapitalizmi qəbul edə bilmirəm”.

Xalq yazıçısı “Qadınların sizə olan sevgisi şəxsi həyatınızda problem yaradıb?” sualına isə “ Xeyr, heç vaxt olmayıb. Mənim həyat yoldaşım başa düşür ki, yazıçını sevə də bilərlər. Buna həyat yoldaşım sakit yanaşır. Bəlkə də mənə qısqandığını demir, amma artıq 36 ildir ki, evliyik. Beş il qısqanmaq ola bilər, 40 il yox”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər