19 İyun 2023 14:14
1 872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Alim Qasımov qızı əməkdar artist Fərqanə Qasımova ilə Heydər Əliyev Sarayında baş tutan "Muğam aləmi" Vl Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Alim Qasımov və onun qonaqları" adlı konsert proqramında iştirak edib.

Fərqanə Qasımova Teleqraf.com-a açıqlamasında konsertlə bağlı təəssüratlarını bölüşüb:

"Şükür Allaha, çox gözəl konsert keçdi. Çox şadam ki, Azərbaycanda belə festivallar baş tutur. Bu festival VI Beynəlxalq Musiqi Festivalıdır. İnşallah festivalın sayı ilbəil çoxalar və daha da maraqlı çıxışlar olar. Cavan istedadlı nəsillərimiz inkişaf etsin. Bu, çox sevindirici bir haldır".

Fərqanə Qasımova qardaşı oğlu, kiçik Alim Qasımovun səhnədə çıxış etməsindən də danışıb: "Kiçik Alim ilk dəfə səhnədə çıxış etdi. Babası ona uşaqlıq illərindən musiqi, muğam, mahnı öyrədir. Bu sahədə davamçımız məsələsinə gəlincə, Alim müəllimin özü də deyir ki, bunu zaman göstərər. Amma davamçımız olsa, nə gözəl olar. İnşallah! Kiçik Alim qardaşımın oğludur".


Müəllif: Rəqsanə Həsənova