7 İyul 2023 16:52
1 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Nigar Şabanova müğənni Günel Zeynalovaya dəstək olub.

Teleqraf.com xəbər verir ki, Nigar Şabanova İnstaqramda hekayə bölümündə bu sözləri yazıb:

“Azərbaycan müğənnilərin daşı bəzi və çoxluq təşkil edən Türkiyəli müğənnilərin başındadır. Çünki siz heç zaman bizim qədər güclü ola bilməzsiniz. Bu da bir utanc olsun türk sənətçilərini evlərinin baş güşələrinə otuzduranlara. Ebru Gündəş bizim sənətkarların qarşısında kimdir? Əsla, Günel ilə bir əlaqəm yoxdur, amma onun oxuduğunun yarısını belə “Ebrucuk” oxuya bilməz. Bu isə bir reallıqdır. Güneldə olan qürur sizdə və Ebrunuzda yoxdur. Hər zaman onun-bunun kişilərini əlindən alan zavallılarsız. Eyni ilə də sən Ebru. Günelin reklama ehtiyacı yoxdur, amma Ebru xalanın var. Yaşı 45-dən yuxarıdır. Ebru nə sənət nümayiş etdi ki? Güya nə qeyri-adi oxudu ki? Bizim televiziya kanallarına da dərs olsun. Baxın, görün müğənnilərini ayağa vermirlər. Biz də qızımızı yem etmərik. “Ebrucuk” yenidən doğulmalıdır Günelə çatmaq üçün”.

Qeyd edək ki, iyulun 3-də Şəmkirin Şiştəpə kəndində keçirilən kiçik toy mərasimində iştirak edən türkiyəli müğənni Ebru Gündeş Günel Zeynalovanın eyni mərasimdə iştirakının qarşısını almağa çalışıb.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər