18 İyul 2023 18:14
2 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktyor Murad İsmayıl "Gündən-günə" verilişində şəxsi həyatından danışıb.

Teleqraf.com xəbər verir ki, Murad İsmayıl həyat yoldaşı, aktrisa Ülviyyə Xəlilbəyli ilə münasibəti haqqında söz açıb.

"Biz Ülviyyə ilə birlikdə çəkilişə düşəndə çətin olur. Ona görə ki, uşaqlara baxan, onları uşaq bağçasından götürməyə adam olmur. Sağ olsunlar, nənələr, babalar kömək edir. Ümumilikdə, Ülviyyə ilə eyni sənətdə olsaq da, çox fərqli insanlarıq. Hər ikimiz emosionalıq, biri od olanda biri su olar. Biz ikimiz də oduq. Ona görə bizdə bir az çətindir. Sənətimi həyat yoldaşım qəbul edir, amma fantastik dərəcədə rahatlığını görməmişəm. İnsanlar bizi birlikdə görəndə daha çox tanıyırlar və diqqət ayırırlar. Hətta böyük oğlumu belə tanıyırlar".

Qeyd edək ki, Murad İsmayıl ilə Ülviyyə Xəlilbəyli bir müddət əvvəl ayrılıq xəbərləri ilə gündəmdə idilər.
Cütlüyün iki övladı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər