Müğənni Nurlan Əzizbəyli sosial media hesabında paylaşımı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, müğənni İnstaqramda foto paylaşaraq qeyd edib: "Bu həyat məni çox yordu. Artıq bitdim, tükəndim. Hara getdimsə, qapılar üzümə bağlı qaldı. Belə yaşamaq mümkün deyil. Haqqınızı halal edin".
Müğənni bir müddər əvvəl maddi problemdən şikayət etmişdi. İfaçı səhhətindən problem olduğunu da demişdi.