"Nikosayağı" adı ilə tanınan bloqer Nicat Şakirlinin atası, nevropatoloq Nafiz Mütəllimov oğlunun xəstəxananın reanimasiya şöbəsindən çıxarılmadığını bildirib.
Bloqerin atası Teleqraf.com-a açqılamasında bu sözləri deyib: "Səhhəti yaxşı deyil. Boyun fəqərəsində çat var. Hazırda korsetdədir və kəskin ağrıları var".
Qeyd edək ki, Nicat Şakirli avtomobil qəzası keçirib. Qəzada onun dostu Ruslan Məmmədov vəfat edib.