30 Avqust 2023 17:43
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dənizi, təbiəti çox sevirəm. Ailəmlə, övladımla çox gözəl istirahət etdik. Oğlumun iki yaşından sonra hər il istirahətə gedirik. Bu il də istirahərim oğlumun üzməyi ilə yadda qaldı".

Bu sözləri Teleqraf.com-a açıqlamasında müğənni Zamiq Hüseynov yay istirahətindən danışarkən deyib.

O, sakit həyat tərzi yaşadığını bildirib: "Müəyyən yaş həddindən sonra özümü qıraqda hiss edirəm. Tamamilə sakit yerlərə gedirəm. Ən çox özümdən yaşlı insanlarla oturub dururam. Onlardan nələrsə öyrənirəm. Ümumiyyətlə, əyləncəli yerlərə getmirəm. Yaş elə gətirdi ki, mən gecə həyatı yaşayım, klublara gedim və sair. Düzdür, əvvəllər də getməyi sevmirdim. Amma indi tam kənara çəkilmişəm. Sakit bir həyat yaşayıram. Bilmirəm kənardan ulduz həyatı kimi görünür, ya yox..."

"Neçə düşünürsünüz, şou-biznesdə ulduz həyatını hansı həmkarınız yaşayır?" sualına iafaçı: "Ulduz həyatı deyəndə Aygün Kazımova, Röya Ayxan, Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva yada düşür. Onların həyat tərzi xoşuma gəlir. Biz həm də dostuq", - deyə cavab verib.

"Ən kaprizli müğənni kimdir" sualına isə Zamiq Hüseynov belə cavab verib: "Mənə elə gəlir ki, ən kaprizli müğənni Zülfiyyə Xanbabayevadır. Nə mənada, istər geyim tərzində, istər də musiqi seçimində... Ümumiyyətlə, tələbatlı insandır. Onu da deyim ki, yaxın günlərdə duetimiz ərsəyə gələcək. Məsələn, soruşsanız, kişilər sırasında ən kaprizli müğənni kimdir? Cavab verərdim ki, özüməm. Özümə qadağalarım çoxdur. Artıq sevmədiyim insanlarla oturmuram. Sevmədiyim yerlərdə olmuram".

İfaçı Röya Ayxanın Bakı Konqres Mərkəzində baş tutacaq konsertinə bilet aldığını da deyib: "Ailə üzvlərimiz orada olacaq. Mən də çalışdığam konsertə gedəm. Röya Ayxanın xəbəri yoxdur, ailə üzvlərimin hamısına bilet almışam. Ən yaxşı sıradan... Dostlarımın konsertinə getmək istəyəndə özüm bilet almışam. Mən də yaxın vaxtlarda Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcəm. Mənim ən sevdiyim məkan oradır".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər