8 Sentyabr 2023 14:43
4 993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Aybəniz Haşımovanın qızı, bloqer Aynişan Quliyeva səhhətində yaranan problemdən danışıb.

Teleqraf.com xəbər verir ki, Aynişan Quliyeva İnstaqramda hekayə bölümündə video paylaşaraq bu sözləri deyib:

"İyulda yuxudan oyanıb gördüm ki, hərəkət edə bilmirəm. Ağrıdan ağlayırdım və bu ağrı iki ay davam etdi. Evdə hamı mənə deyirdi ki, kondisionerdən sənə soyuq olub. Müxtəlif yollarla ağrılarımı azaltsalar da, keçmirdi. Düşündüm ki, yəqin bunun səbəbi var. Bir müddət sonra qollarım donmağa və tutulmağa başladı. MRT-yə getdim və nəticədənbilindi ki, boyun nahiyyəmdə iki protruziya və disk arası yırtıq var.

Yırtıq isə böyük bir ölçüdə idi. Ona görə də hərəkətsiz qalmışdım. Mənə bildirildi, yaxşı ki, zamanında MRT-dən keçdin. Müalicələrə başlamışam və artıq ikinci həftədir ki, mənə iynələr vurulur".

O, bu həftədən etibarən fizioterapiyaya başladığını bildirib: "Hər gün xəstəxanaya gedib, müalicə alıram. Məndə skaleoz xəstəliyi də var. Skaleoz üçün isə xüsusi idman hərəkətləri edirəm".


Müəllif: Rəqsanə Həsənova