Aktyor Ziya Ağa Akademik Milli Dram Teatrındakı işindən ayrılıb.
Teleqraf.com-un xəbərinə görə, Ziya Ağa bu haqda İnstaqram səhifəsində məlumat verib:
“Akademik Milli Dram Teatrı ilə yollarımız ayrıldı. Teatrda bu sezon üçün düşünülən, həqiqətən də, uğurlu hesab etdiyim, uğurlu perspektiv vəd edən planları mənim planlarımla üst-üstə düşsə belə, iş qrafikimlə fərqləndiyindən teatrdan ayrılmalı oldum.
Başda teatrımızın bədii rəhbəri Mehriban Ələkbərzadə və direktorumuz İlham Əsgərov olmaqla doğma kollektivimə uğurlar arzu edirəm. Əgər teatrın gələcəyi üçün maneə olan kimsə varsa, kimliyindən asılı olmayaraq oradan uzaqlaşmalı və ya uzaqlaşdırılmalıdır”.