Aparıcı Azər Süleymanlı həyat yoldaşı Aydanı sosial media hesabında paylaşımı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, aparıcı həyat yoldaşını ad günü münasibətiylə təbrik edib:
"Tək səni deyil, səndən sonra sənin fəslini - payızını, yağışını da sevdim. Səndən sonra doğum günlərimi sevdim. Özümü insanlardan gizlətmədim. Özümdən çəkinmədim, özümü sevdim. Tək səni deyil, səninlə birgə mən həyatı sevdim. Nə yaxşı ki, səni sevdim, səni seçdim. Ürəyimdən əskik olmaq mümkün deyil. Evimdən də, ömrümdən də əskik olma, xahiş edirəm. Doğum günün mübarək!"
Qeyd edək ki, cütlüyünün Oğuz adlı bir oğul övladı var.