30 Oktyabr 2023 11:45
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İqtisadiyyat və sağlam iqtisadi göstərici olmasa musiqimiz məhv olacaq".

Teleqraf.com xəbər verir ki, bu sözləri Xəzər televiziyasının rəhbəri, xalq artisti Murad Dadaşov Bakıda keçirilən Musiqi Forumunda panel müzakirəsi zamanı deyib:

"Bir televiziya rəhbəri kimi deyə bilərəm ki, auditoryanın zövqünü formalaşdırmaq üçün çox çalışırıq. Dünən forumdan bir çoxları TV proqramlarının ümumi zövqü pozduğu dedilər. Mən istəyirəm, hamı başa düşsün. Biz hamımız deyirik ki, bu televiziya və televiziya verilişləri, yaranan məhsullar zövqümüzcə deyil. Onda sual yaranır ki, bəs bu məhsullar kimin zövqü əsasında yaranır?

TV kanalları, bənzətmə aparsaq, aptektdir. Siz aptekə gəlib dərmandan şikayətlənə bilərsiniz. Amma bu pisdir deyə bilməzsiz. Çünki aptek o dərmanı hazırlayan deyil, onu satandır. Siz dərmanın pis olması ilə bağlı aptekə yox, o dərmanı istehsal edənə şikayət edə bilərsiniz. Müqayisə etməyi bacarmalıyıq. Biz sadəcə yayımçıyıq. Bu baxımdan sizlərin də bizə kömək etməsini istəyirik".


Müəllif: Rəqsanə Həsənova