Valentino 24 yaşlı fotoqraf Mixal Pudelkanın çəkdiyi yeni reklam kampaniyasını təqdim edib.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, İtalyan moda evinin kreativ direktorları Mariya Qratsiya Kyuri və Pyerpaolo Piççolinin yaratdığı yeni kolleksiya reklam kampaniyasında öz parlaqlığı ilə əks olunub.
Slovakiyadan olan fotoqraf Mixal Pudelkanın rəhbərliyi altında aparılan çəkilişlərdən hər iki dizayner razı qalıblar: "Gənc istedadları dəstəkləmək lazımdır. Mixalın adı hələlik geniş kütləyə məlum deyil, lakin o, öz işlərilə bizi heyran edib və birgə çalışmaqdan məmnunuq".
Toskanada aparılan çəkilişlərdə modellər Maarti Verxov, Qreys Simmons, Hedviq Palm, Vanessa Mudi və Klementin Derved iştirak ediblər.
Rüstəm