4 Noyabr 2023 20:59
3 384
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nura Suri bir neçə gün öncə ARB televiziyasında yayımlanan “Günə son” verilişini tərk etməsinin səbəbini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, müğənni “Gül kimi şou” verilişində bu sözləri deyib:

“Anlamadım ki, studiya iki yerə bölünüb. Yarı qonaqlar bir, digər yarı qonaqlar isə başqa tərəfdə studiyada oturmuşdular. Çəkilişin heyətinə sual verdim ki, bu nə verilişdi? Cavab verdilər ki, bizdə studiyanın quruluşu belədir. Dedim ki, qalmaq istəmirəm gedirəm. Reklam fasiləsində getmək istəyirdim, lakin çox xahiş etdilər ki, təhsil ilə bağlı qoyulan mövzu haqda fikirlərimi səsləndirib sonra verilişi tərk edim".

Nura Suri aparıcı Ülvira Qarayevanın efirdə ona müraciətini də tənqid edib: “Ülvira Qarayeva ilə rəfiqəliyim yoxdur, amma efirdə mənə “sən”, digər qonaqlara “siz” deyə müraciət edirdi. O verilişdən getməli idim".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər