Müğənni Xatirə İslam Daxili İşlər Nazirliyinə müraciət edib.
Teleqraf.com xəbər verir ki, müğənni Gülnisə Feyzullayeva adlı dərzidən şikayətçidir: "Bu dərzini tanıyan, bilən varsa, bizə yazın. Bütün parçalarımızı tikmək üçün aparıb, lakin zənglərə cavab vermir. Mən ölkəmizdə olan qayda-qanunlara çox güvənirəm. Şikayətimi qəbul edin".