12 Dekabr 2023 12:44
1 961
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum xalq artisti Ramiz Novruzun qızı Şəfəq Novruz sosial media hesabında ad çəkmədən ailəsinə aid bir şəxsin ünvanına ismarış göndərib.

Teleqraf.com xəbər verir ki, Şəfəq Novruz bu sözləri deyib: “Dəyərli insanların adına görə çalışdım ki, ötən gün etdiyim paylaşımda artıq-əskik heç nə olmasın. Ad çəkmədim ki, adımızı qoruyaq. Amma görürəm, yox. Belə bir söz var, həqiqətən abırsızın bir şey itirmək qorxusu olmur. Amma eşitdiyimə görə, maraqlı "canlı" olacaq, özü də ikitərəfli... Eyni zamanda bizi də sosial şəbəkədə canlıda gözləyin.

Bütün böhtanlara cavab verəcəm, onun öz gözünün qabağında gül kimi böyüyən uşağa atılmış ləkələrə görə cavabını alacaq. Mənim haqqımda deyilən sözlərin də cavabını verəcəm. Sizə elə faktlar deyəcəm, görəcəksiniz ki, deyilənlər düzdür. Ad çəkmirəm, səhər dostlarım video atıblar baxıram ki, qardaşım Cavidan Novruzun adı qeyd edilib.

Qardaşım özünün, atamın adına görə nələrisə malalamaq üçün yalvarır. Kiməsə niyə yalvarsın? Onun bu cür adlı-sanlı bacısı, bacısı qızı var. “TikTok” və İnstaqramdakı bəzi adamlar kimi özünü açıb bayıra qoymayıb ki, qardaşım yalvarsın.

Qardaşım ona görə yalvarır ki, ayıbdır. Çünki biz də onların telefonuna cavab vermirdik. Özümüzü elə apardıq ki, guya sona qədər gedəcəyik. Axşam bütün nəsil evimizə gəldi. Hamı bizdən xahiş etdi. Bizə də yalvarıblar, telefon götürürdük ki? Cavidan Novruz abır-həya qorumaq üçün yalvarır. Bilən bilir ki, nə var, nə yox.

Siz bilmirsiniz, nələr oldu, biz dünən buna əl atdıq. Vaxtilə sənin ayağının altında olan, sənin keçmişində gözəl sözlər yazan, bu gün keçmişindən nələr deyir, ağzına gələni danışır. Onu bilsinlər ki, ad-sana görə dözürəm. Çox pis olacaq.

Mənim şərəfimə, ləyaqətimə söz deyənə, qızımın adına ləkə gətirənlərə qarşı sona qədər gedəcəm. Çox pis şeylər var”.

Qeyd edək ki, şəbəkə izləyiciləri həmin şəxsin Şəfəq Novruzun qardaşı Nəriman Novruzun həyat yoldaşı Əzizə Novruzovanın olduğunu iddia ediblər.

Vaxtilə Şəfəq Novruzun komandasında çalışan Əzizə Novruzun həyat yoldaşından ayrıldığı bildirilir. Əzizə Novruz dünən İnstaqramdakı paylaşımını "Şərəfə" qeydi ilə paylaşıb. Şəfəq Novruz sosial şəbəkədə canlı yayımda "Şərəfə" mesajına işarə vurub.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər