Mərhum xalq artisti Ramiz Novruzun qızı Şəfəq Novruz qalmaqal yaşadığı keçmiş gəlinləri Əzizə Novruzova ilə barışıb.
Teleqraf.com-un xəbərinə görə, Şəfəq Novruz bu haqda İnstaqramda hekayə bölümündə məlumat verib:
“Bu barədə saysız-hesabsız suallar gəlir. Açıqlama verim ki, qızım Ayan, mən və qarşı tərəf öz aramızda danışıb, hər bir şeyə aydınlıq gətirdik. Keçmişdə bizi bağlayan doğmalıq bağları olduğuna və buna hörmət naminə arada gəzən insanların oyununa getməməyi, səbirli olmağı düşündük. Haqq-ədalət öz yerini tutar. Bizi bu həyatda on gündən sonra nə gözləyir, bilmirik. Odur ki, kəsdiyimiz çörəyə, verdiyimiz əməyə görə qəlb sındırmadan yaşayaq. Qarşı tərəflə yollarımız bir ömürlük ayrılsa da, ona həyatında yalnız uğurlar arzulamaq düşər. Niyə? Çünki doğmalıq bağı olduğuna görə..."
Qeyd edək ki, Əzizə Nəriman Novruzla evli olub.